ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Fəaliyyətin (biznesin) davamlılığının idarəetmə sistemləri üzrə yeni standart layihəsi Texniki Komitə AZSTAND/TK (08) tərəfindən müzakirə edilib
26 May, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) növbəti iclası keçirilib.
İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Əmək şəraiti normalarının işlənməsi İdarəsi, "İNPROCERT" MMC, “SOCAR Downstream Management” MMC və “MKT İstehsalat Kommersiya” MMC-nin nümayəndələri, həmçinin müstəqil ekspertlər iştirak ediblər.
Görüşdə ISO 22301:2019 “Security and resilience. Business continuity management systems Requirements” beynəlxalq standartı əsasında işlənib hazırlanan AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” standart layihəsi müzakirə olunub və  təsdiq edilməsi barədə qərar qəbul edilib. 
 

Tarix:

26 May, 2023