ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS ISO/IEC 17065:2021 dövlət standartı üzrə təlim təşkil olunub.
30 Avqust, 2023

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi, Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” dövlət standartı üzrə təlim keçirilib.

Üç gün davam edən təlimdə Azərbaycan Standartlaşdırma İnstitutu, “AzIntelecom” MMC, “Certus” MMC-nin nümayəndələri iştirak edib. Təlimin keçirilməsində məqsəd uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi, müvafiq sahədə fəaliyyət göstərən əməkdaşların səriştəliliyinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. Sonda iştirakçılara mövzu üzrə təşkil olunmuş imtahanın nəticəsinə uyğun olaraq iştirakçı və daxili auditor sertifikatları təqdim edilib.

Tarix:

30 Avqust, 2023