ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

ISO/IEC 50001:2018 Enerji Menecment Sistemləri - tələblər və istifadə üzrə rəhbəredici göstərişlər standartı əsasında təlim.
25 Aprel, 2024

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) və KYSAKADEMI-nin birgə təşkilatçılığı ilə 6-8 May 2024-cü il tarixlərində ISO/IEC 50001:2018 Enerji Menecment Sistemləri - tələblər və istifadə üzrə rəhbəredici göstərişlər standartı əsasında  oflayn formatda təlim keçiriləcək.

Standart istehlak edilən enerjinin miqdarından, istifadəsindən və ya növlərindən asılı olmayaraq bütün müəssisələrə şamil edilir.

      Təlimin məqsədi:

-  Təşkilatların enerji effektivliyini, o cümlədən enerjidən istifadə və enerji istehlakını davamlı olaraq yaxşılaşdırmaq üçün zəruri olan sistemlərin və proseslərin hazırlamasına imkan yaratmaq;

-  EMS-nin (Enerji menecment sistemləri) tətbiqi nəticəsində təşkilatın öz enerji effektivliyini yaxşılaşdırmaq və idarəetmə sisteminin bu standartın tələblərinə uyğunluğunu nümayiş etdirmək, enerji hədəflərini təyin etmək və onlara nail olmaq;

-  Məqsədlərə və strateji enerji hədəflərinə çatmaq üçün imkanlardan istifadə edərək riskləri minumum səviyyədə saxlamaq;

-   Enerji performansına təsir edən və enerjiyə qənaət edən məhsul və xidmətlərin satın alınmasını dəstəkləməkdir.

Təlimin sonunda keçirilən mövzu üzrə imtahan keçiriləcək. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında daxili auditor sertifikatı təqdim ediləcək. Digər şəxslərə isə “İştirakçı sertifikatı” veriləcək.

Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az

s.aliyev@azstand.gov.az

mob:+994 50 312 15 49

 

Tarix:

25 Aprel, 2024