ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS ISO/IEC 50001:2022 Enerji Menecment Sistemləri - tələblər və istifadə üzrə rəhbəredici göstərişlər standartı əsasında təlim.
6 Dekabr, 2023

Azərbaycan Standartlaşdırma İnstitutu və Kalite Yönetim Sisteminin (KYSAKADEMİ) birgə təşkilatçılığı ilə 09-10 və 16-17 dekabr  2023-cü il tarixlərində AZS ISO/IEC 50001:2022 Enerji Menecment Sistemləri - tələblər və istifadə üzrə rəhbəredici göstərişlər standartı əsasında  onlayn formatda təlim keçiriləcək. 
Standart istehlak edilən enerjinin miqdarından, istifadəsindən və ya növlərindən asılı olmayaraq  bütün müəssisələrə şamil edilir.
 Təlimin məqsədi: 
-  Bu standartla bağlı təlimin keçirilməsinin əsas məqsədi təşkilatların enerji performansını, o cümlədən enerji effektivliyini, enerjidən istifadə və enerji istehlakını davamlı olaraq yaxşılaşdırmaq üçün zəruri olan sistemlərin və proseslərin hazırlamasına imkan yaratmaq;
-  EMS-nin (Enerji menecment sistemləri) tətbiqi nəticəsində təşkilatın öz enerji effektivliyini yaxşılaşdırmaq və idarəetmə sisteminin bu standartın tələblərinə uyğunluğunu nümayiş etdirmək, enerji hədəflərini təyin etmək və onlara nail olmaq;
-  Məqsədlərə və strateji enerji hədəflərinə çatmaq üçün imkanlardan istifadə edərək riskləri minumum səviyyədə saxlamaq; 
-   Enerji performansına təsir edən və enerjiyə qənaət edən məhsul və xidmətlərin satın alınmasını dəstəkləmək.
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan keçiriləcək. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcək. Digər şəxslərə isə “İştirakçı sertifikatı” veriləcək.
Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az
s.aliyev@azstand.gov.az
mob:+994 50 312 15 49


 

Tarix:

6 Dekabr, 2023