ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS IWA 48:2024 ESG dövlət standartı üzrə maarifləndirici seminar keçirilib
23 Oktyabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) birgə təşkilatçılığı, eləcə də AİH-in portfel şirkətlərinin iştirakı ilə AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartına dair maarifləndirici seminar keçirilib.

Seminarın əsas məqsədi AZS IWA 48:2024 standartının tətbiqinin təşviqi, o cümlədən “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə hesabatlılıq və ölçülə bilən göstəricilərə dair praktiki biliklərin artırılmasından ibarətdir.

 Seminar zamanı iştirakçılara ESG komponentləri, məqsədləri, əsas prinsip və tətbiq strategiyaları, performans göstəriciləri (KPI), şəffaflıq, hesabatlılıq və korporativ məsuliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin ESG çərçivəsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə qarşılıqlı əlaqəsi, bu sahədə standartların biznes proseslərinə inteqrasiyası, risklərin idarə edilməsi, maraqlı tərəflərlə əməkdaşlıq və strateji hədəflərin müəyyənləşdirilməsi üzrə metodoloji yanaşmalar izah edilib.

Qeyd edək ki, seminar “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və tətbiqi üzrə 2025-ci il üçün Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində həyata keçirilib.

Tarix:

23 Oktyabr, 2025