ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” standartının tətbiqi və sertifikatlaşdırma lahiyəsini uğurla tamamladı
8 Dekabr, 2022

Ölkəmizdə dövlət siyasətinin əsas məqsədlərindən biri də insanların yüksək sosial rifahına nail olmaqdır. Bu sahədə görülən tədbirlər çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən korrupsiyaya qarşı mübarizəyə dair hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi məqsədilə AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” dövlət standartı qəbul olunmuşdur.

Hazırda AZSTAND tərəfindən AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” standartının tətbiqi üzrə müəssisə və təşkilatların sertifikatlaşdırılması və personala təlimlərin keçirilməsi istiqamətində layihələr həyata keçirilir.

Növbəti layihələrdən biri olaraq Azərbaycanda və xarici bazarlarda uğurla fəaliyyət göstərən “Buta Sypply” MMC-də AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” standartının tətbiqi və müəssisənin sertifikatlaşdırılması layihəsi Türkiyənin “KYS Belgelendirme” şirkəti ilə əməkdaşlıq çərçivəsində uğurla başa çatdırılmışdır.

Dövlət standartının rəsmi nəşrinin əldə edilməsi, həmin standartın tətbiqi və standart üzrə sertifikatlaşmanın həyata keçirilməsi üçün milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ müraciət edilə bilər.

 

 

 

 

 

Tarix:

8 Dekabr, 2022