Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları ilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) üzvləri arasında görüş baş tutub.
Həmçinin görüşdə “Mətanət A” şirkətlər qrupunun, “Behrud İnşaat” şirkətinin, Bakı Memarlıq Layihələndirmə və “SMTS” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Assosiasiya üzvlərinə İnstitutun fəaliyyət istiqamətləri, ölkədə son illərdə tikinti materialları, məmulat və konstruksiyalarına dair qəbul edilmiş dövlət standartlarının tətbiq sahələri və tikinti materiallarının həmin standartların tələblərinə uyğunluğunun qiymətləndirilməsi prosedurları barədə ətraflı məlumat verilib.
Bundan əlavə, “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”na dair təkliflər dinlənilib.
Tədbir çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsi məsələləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.



