Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə 07-11 iyul 2025-ci il tarixlərində İSO 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartı üzrə təlim keçiriləcək.
Təlimlər “Esenek Eğitim Merkezi”nin rəhbəri Halil Çelik tərəfindən AZSTAND-ın inzibati binasında təşkil olunacaq.
ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” təlimində personalın səriştəsi, avadanlıqların istifadəsi, sınaq metodları, nəticələrin düzgün hesabatı və effektiv idarəetmə sistemi üzrə əsas prinsiplər tədris olunacaq. Həmçinin laboratoriyalarda sınaq və ya kalibrləmə predmetlərinin birmənalı identifikasiyasını təmin edən sistemlərin qurulması və tətbiqinə dair praktiki yanaşmalar izah ediləcək.
Təlimlərin sonunda tədris olunan mövzular üzrə imtahan təşkil olunacaq, imtahandan uğurla keçən iştirakçılara sertifikat təqdim ediləcək. Digər şəxslərə isə “İştirakçı sertifikatı” veriləcək.
Qeydiyyat üçün əlaqələndirici şəxslər:
İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115); +994 50 312 15 49
E-mail:office@azstand.gov.az
s.aliyev@azstand.gov.az
Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva (+994 12) 514 96 03 (dax tel: 115); +994 55 201-18-60
E-mail: office@azstand.gov.az
z.hagverdiyeva@azstand.gov.az