Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə 14-16 iyul 2025-ci il tarixlərində ISO/IEC 17043 “Uyğunluğun qiymətləndirilməsi - səriştəlilik testinə dair ümumi tələblər” standartı üzrə təlim keçiriləcək.
Təlim “Esenek Eğitim Merkezi”nin rəhbəri Halil Çelik tərəfindən AZSTAND-ın inzibati binasında təşkil olunacaq.
ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi — Bacarıq sınağı üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” təlimində standart üzrə səriştəlik testi (PT) təminatçılarının peşəkar və qərəzsiz fəaliyyəti barədə tələblər ətraflı izah olunacaq. Həmçinin bütün səriştəlilik testi sxemlərinin ardıcıl işləməsini təmin edən ümumi prinsiplər iştirakçılara təqdim olunacaq.
Təlimin məqsədi laboratoriyaların akkreditasiya tələblərinə uyğun fəaliyyətlərinin təmin edilməsi və etimadın gücləndirilməsi, o cümlədən sınaq keyfiyyətinin yüksəldilməsi, risklərin qiymətləndirilməsi və minimuma endirilməsidir.
Təlimin sonunda tədris olunan mövzular üzrə imtahan təşkil olunacaq, imtahandan uğurla keçən iştirakçılara sertifikat təqdim ediləcək. Digər şəxslərə isə “İştirakçı sertifikatı” veriləcək.
Qeydiyyat üçün əlaqələndirici şəxslər:
İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115); +994 50 312 15 49
E-mail:office@azstand.gov.az
s.aliyev@azstand.gov.az
Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva (+994 12) 514 96 03 (dax tel: 115); +994 55 201-18-60
E-mail: office@azstand.gov.az
z.hagverdiyeva@azstand.gov.az
