ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-da Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.
6 Oktyabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutunun (KazStandard) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə qurumlar arasında mövcud əlaqələr, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, tərəflər Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutunun Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) fəaliyyəti, texniki reqlamentlər və onların istinad standartlarının hazırlanması, qəbulu və tətbiqi, uyğunluğunun qiymətləndirilməsi, beynəlxalq standartların qəbulolunma prosedurlarına dair müzakirələr aparıblar.

 

Tarix:

6 Oktyabr, 2023