ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-da SMIIC-in Baş katibi ilə görüş keçirilib.
23 Noyabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Baş katibi İhsan Övütlə görüş keçirilib.

Görüşdə qurumlar arasında standartlaşdırma sahəsində əməkdaşlığın inkişafı, SMIIC-in texniki komitələrində iştirak, halal sertifikatlaşdırma sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib. 

Görüşün sonunda SMIIC-in baş katib tərəfindən “SMIIC və onun fəaliyyətinə giriş”, “SMIIC-in Texniki Komitələrinin iş proseduru və informasiya sistemi”, “OIC/SMIIC 6:2019 OIC/SMIIC 1-in Halal qida və içkilərin hazırlandığı, saxlandığı və xidmət edildiyi yerlərə tətbiqi üçün xüsusi tələblər”, “OIC/SMIIC 9:2019 Halal Turizm Xidmətləri – Ümumi Tələblər”, “OIC/SMIIC 4:2018 Halal Kosmetika – Ümumi tələblər”, “OIC/SMIIC 50-1:2022 Halal Əczaçılıq - 1-ci Hissə – Ümumi Tələblər” standartları üzrə keçirilən təlimlərdə iştirak edən AZSTAND əməkdaşlarına sertifikatlar təqdim olunub.

 

Tarix:

23 Noyabr, 2023