ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-da Türk Standartlar İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 Dekabr, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Türk Standartlar İnstitutunun (TSE) sədri Mustafa Sami Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AZSTAND və TSE arasında əməkdaşlığa dair 2024-2025-ci illər üzrə Fəaliyyət Planında yer alan tədbirlərin icra vəziyyəti müzakirə edilib. Bu çərçivədə standartlaşdırma sahəsində qurumlararası təcrübə mübadiləsi, TSE standartlarının tətbiqi, təlimlərin təşkili, beynəlxalq və regional təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsi və digər görülmüş işlərə nəzər salınıb.

Görüş çərçivəsində bu ilin 27-28 noyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə TSE tərəfindən keçirilən “Təşkilat səviyyəsində istixana emissiyalarının monitorinqi və hesabatlılığı üzrə məlumatlandırma” təlimində iştirak edən AZSTAND əməkdaşlarına sertifikatlar təqdim olunub.

 

 

Tarix:

23 Dekabr, 2025