ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-da Ümumdünya Standartlaşdırma Günü qeyd olunub
14 Oktyabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) “Dayanıqlı İnkişaf Məqsədləri naminə tərəfdaşlıq” mövzusunda tədbir təşkil olunub.

14 Oktyabr - Ümumdünya Standartlaşdırma Günü münasibətilə keçirilən tədbirdə məruzəçilər tərəfindən beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlığın standartlaşdırma sahəsində əhəmiyyəti vurğulanıb. Bildirilib ki, müasir dövrdə standartların tətbiqi yalnız məhsul və xidmətlərin keyfiyyətinin təminatçısı deyil, həm də innovasiyaların təşviqi və iqtisadi artımın hərəkətverici qüvvəsidir.

Tədbirdə həmçinin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan qabaqcıl təcrübələr, eləcə də Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Texniki Komitələrində formalaşan yanaşmalar və prioritet istiqamətlər müzakirə olunub.

Bundan əlavə, AZSTAND-ın əməkdaşları Çin Xalq Respublikasında “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələr üçün təşkil olunmuş müxtəlif mövzularda keçirilən seminarlarda əldə etdikləri müasir standartlaşdırma modelləri barədə praktiki bilikləri bölüşüblər.

Tarix:

14 Oktyabr, 2025