ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
24 Mart, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları ağacəkmə aksiyasında iştirak edib.

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Sabunçu rayon Bakıxanov qəsəbəsi ərazisində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində AZSTAND-ın əməkdaşları tərəfindən qeyd olunan ərazidə ağaclara qulluq göstərilib və şam ağacları əkilib.

Tədbir ekologiyanın qorunması və ətraf mühitə önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.

Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 2000 ağaca qulluq göstərilib,300 ədəd Eldar şamı ağacı əkilib.

Tarix:

24 Mart, 2023