10-11 mart tarixlərində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Türk Standartlar İnstitutu (TSE) arasındakı Anlaşma Memorandumu çərçivəsində online formatda ISO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” beynəlxalq standartı üzrə təlim keçirilmişdir.
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Türkiyədə səfərdə olarkən Türk Standartlar İnstitutunun (TSE) Başkanı tərəfindən ISO/İEC 17065:2012 seminarında iştirak edən AZSTAND nümayəndə heyətinə sertifikatlar təqdim edilmişdir.
Uyğunluğun Qiymətləndirilməsi departamentinin məhsul, iş və xidmətlərin sertifikatlaşdırılması üzrə regional bölmələrin, həmçinin keyfiyyət idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə struktur bölmələrin rəhbərləri, mütəxəssisləri və ekspert-auditorlarına isə AZSTAND-ın rəhbərliyi tərəfindən sertifikatlar təqdim edilmişdir.