İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və “Kalite Yönetim Sistemleri Eğitim Denetim Kontrol ve Uluslararası Belgelendirme Sanayi ve Ticaret LTD ŞTİ” – nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında memorandum imzalanıb.
Memorandum çərçivəsində beynəlxalq standartlar əsasında daxili auditor, baş auditor təlimlərinin, o cümlədən sertifikatlaşdırma işlərinin təşkil edilməsi, müxtəlif beynəlxalq standartların Milli standart kimi qəbul edilməsi istiqamətində birgə fəaliyyətin qurulması, müvafiq sahə üzrə qeyri-hökumət təşkilatları, təhsil müəssisələri üçün seminarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub.