İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Rumıniya Standartlaşdırma Assosiasiyasının (ASRO) nümayəndə heyətləri arasında videokonfrans formatında görüş keçirilib.
Tərəflər qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsini müzakirə edib, həmçinin beynəlxalq və regional standartların qəbulu, istinad standartlarının tətbiqi, ISO və CEN çərçivəsində fəaliyyət, standartların yayımı, abonentlik prosedurları, standartlaşdırma üzrə güzgü texniki komitələrin fəaliyyətinə dair fikir mübadiləsi aparıblar.
Görüş cari ilin 23 may tarixində Buxarest Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasının Protokolunun Fəaliyyət planında qeyd olunan keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın qurulması istiqamətində müvafiq tədbirlərin icrası məqsədilə keçirilib.