Mayın 15-də Heydər Əliyevin Fondunun təşəbbüsü ilə 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu-2022” təşkil olunub. “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin əməkdaşı Firuzə Bəhri 21 km əhatə edən məsafəni fəth edib və ilk 1000 finalçı arasında yer tutduğuna görə xüsusi medal ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçı qismində marafon yarışmasına qatılıblar.
2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.