ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın əməkdaşları Amerika Test Materialları Cəmiyyəti (ASTM) tərəfindən təşkil olunan təlimdə iştirak etmişdirlər.
21 Yanvar, 2022

Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 19 yanvar 2022-ci il tarixində Amerika Test Materialları Cəmiyyəti (ASTM) tərəfindən “Qoruyucu geyimlər və onların tətbiqi üçün standartlar” mövzusuna dair onlayn formatında keçirilmiş təlimdə iştirak etmişdirlər.

Təlim çərçivəsində ASTM-in bu sahəyə aid olan standartlar haqqında təqdimatı keçirilmişdir. Həmçinin, təlim zamanı “Fərdi mühafizə vasitələri”, “Qoruyucu geyim seçimi prosesi” və bir sıra sınaq üsulları mövzularında geniş müzakirələr aparılmışdır.

Tarix:

21 Yanvar, 2022