Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 1 dekabr 2021-ci il tarixində Amerika Test Materialları Cəmiyyəti (ASTM) tərəfindən “ASTM İctimai/Media Əlaqələri və Brendinq” mövzusuna dair onlayn formatında keçirilmiş təlimdə iştirak etmişdirlər.
Təlim çərçivəsində “Qlobal əməliyyatlar və yayım”, “ASTM-in əsas kommunikasiya funksiyaları” və “Media əlaqələri və brendinq” mövzuları ilə bağlı geniş müzakirələr edilmişdir.