Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 23 fevral 2022-ci il tarixində Amerika Test Materialları Cəmiyyəti (ASTM) tərəfindən "Fərdi mühafizə vasitələri" və "Fərdi mühafizə vasitələrinin çatışmamazlığının aradan qaldırılmasında əlavə vasitələrin rolu" mövzusuna dair onlayn formatında keçirilmiş təlimdə iştirak etmişdirlər.
Təlim çərçivəsində ASTM-in bu sahəyə aid olan standartlar haqqında təqdimatı keçirilmiş, həmçinin “Fərdi mühafizə vasitələri və bir sıra sınaq üsulları” mövzularında geniş müzakirələr aparılmışdır.