Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 3 noyabr 2021-ci il tarixində Amerika Test Materialları Cəmiyyəti (ASTM) tərəfindən “Üzvlük və maraqlı tərəflərin cəlb edilməsi” mövzusuna dair onlayn formatında keçirilmiş təlimdə iştirak etmişdirlər.
Təlim çərçivəsində “ASTM İcmalı, ÜTT prinsipləri və Anlaşma Memorandumların proqramları”, “Üzvlüyün üstünlükləri və növləri”, “Üzvlüyün təşviqi və maraqlı tərəflərin cəlb edilməsi”, “Maraqlı tərəflərin iştirakı”, “Proseslərin idarə edilməsi” mövzular ilə bağlı geniş müzakirələr edilmişdir.