Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 23 və 24 noyabr 2021-ci il tarixlərində Almaniyanın Milli Metrologiya İnstitutunun (PTB) tərəfindən təşkil olunan “Avropa Parlamentinin və Şuranın 9 mart 2016-cı il tarixli fərdi mühafizə vasitələrinə dair 2016/425 saylı Qayda”sı əsasında onlayn formatında keçirilmiş təlimdə iştirak etmişdirlər.
Təlim çərçivəsində “89/686/EEZ Direktiv əsasında fərdi qoruyucu vasitələrin qısa tarixi icmalı”, “Avropa Parlamentinin və Şuranın 2016/425 saylı Qaydasının nəzərdən keçirilməsi”, “Fərdi mühafizə vasitələrinin uyğunluğu”, “Uyğunluğun qiymətləndirilməsi və uyğunluğun qiymətləndirilməsi haqqında bildirişlərin hazırlanması”, “Təsərrüfat subyektlərinin öhdəlikləri”, “Avropa Şurasının bazarına nəzarət”, “səlahiyyət verilmiş və icraedici aktlar”, “Aİ uyğunluq bəyannamələri”, “Risklərin qiymətləndirilməsi” mövzular ilə bağlı geniş müzakirələr edilmişdir.