2021-ci il 04-05 avqust tarixlərində video konfrans formatında MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (DŞ) “ГОСТ 1.6-2019 və ГОСТ 1.4-2020 standartlarının tələbləri nəzərə alınmaqla dövlətlərarası standartlaşdırmada dövlətlərarası texniki komitələrin (DTK) rolu və vəzifələri” mövzusunda seminar keçirilmişdir. Seminarda MDB-nin 9 üzv dövlətlərinin standartlaşdırma, metrologiya və akkreditasiya üzrə milli qurumlarının 29 nümayəndəsi iştirak etmişdir.
İki gün davam edən seminarların məqsədi ГОСТ 1.6-2019 və ГОСТ 1.4-2020 standartlarının tələbləri nəzərə alınmaqla dövlətlərarası standartlaşdırmada dövlətlərarası texniki komitələrin (DTK) əsas rol və vəzifələrinin nəzərdən keçirilməsi və onların müzakirə edilməsindən ibarətdir. Seminarın sonunda iştirakçılara sertifikatlar verilmişdir.