AZSTAND-ın əməkdaşları İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Qazaxıstan Respublikasının Almata şəhərində təşkil etdiyi OIC/SMIIC Halal Qida üzrə Auditor təlimində iştirak ediblər.
27-29 oktyabr 2022-ci il tarixlərində Mərkəzi Asiya Regionu ücün nəzərdə tutulan OIC/SMIIC Halal Qida üzrə Auditor təlimində 7 ölkənin nümayəndələri iştirak ediblər. Yüksək nəticə əldə edən AZSTAND əməkdaşları auditor sertifikatına layiq görülüblər.