“BakuBuild”, “AquaTherm Baku” və “Rebuild Karabakh” sərgiləri çərçivəsində əsas hadisələrdən biri yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) keçirilməsidir. Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları tərəfindən sərgi iştirakçıları, yerli istehsalçılar və distribütorlar arasında görüşlər keçirildi.
Görüşdə AZSTAND tərəfindən göstərilən xidmətlərə dair ətraflı məlumatlar verilmişdir. Yerli istehsalçılara və distribütorlara malların, işlərin və xidmətlərin müvafiq standartların tələblərinə uyğunluğunun qiymətləndirilməsi (sertifikatlaşdırılması), beynəlxalq standartlar əsasında idarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması, beynəlxalq standartlar əsasında idarəetmə sistemləri üzrə təlimlərin keçirilməsi, standartların rəsmi nəşrlərinin yayımı, laborator-sınaqların aparılması üzrə xidmətlərin və bu sahədə müvafiq dəstəyin göstərilməsinə dair məlumat verilərək müzakirələr aparılmışdır.