Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 24 və 25 noyabr 2021-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İsveç Standartlar İnstitutunun (SIS) ekspertləri tərəfindən videokonfrans formatında keçirilmiş «Onlayn mağaza» mövzusuna dair seminarda iştirak etmişdirlər.
Təlim çərçivəsində İsveç Standartlar İnstitutunun mövcüd olan onlayn satış prosesindən, eləcə də İnstitutunun rəsmi saytın idarə edilməsindən ətraflı məlumat verildi. Həmçinin təlimdə onlayn mağazanın yaradılması və onlayn rejimdə standartların qeydiyyatı və alışı məsələlərinə xüsusi toxunulmuşdur.
Bununla yanaşı təlimdə Azərbaycan Standartlaşdırma İnstitutunun bu sahədə perspektiv hədəflərindən, onun imkan və gələcəkdə əldə edəcəyi faydalarından danışılıb.
Təlimin sonunda AZSTAND əməkdaşlarını maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır.