AZSTAND-ın əməkdaşlarına Türk Standartlar İnstitutu (TSE) tərəfindən İSO 45001:2018 beynəlxalq standartı üzrə sertifikatlar təqdim edildi.
Qeyd edək ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) əməkdaşlarına Türk Standartlar İnstitutunun (TSE) Azərbaycan təmsilçisi tərəfindən İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” beynəlxalq standartı üzrə təlim keçirilmişdir.
Təlim zamanı İSO 45001 standartının tələbləri, peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi, siyasət və məqsədlər, risk və imkanlar, risklərin qiymətləndirilməsi prosesi, peşə sağlamlığı və əməyin təhlükəsizliyi yoxlanılması, fövqəladə hallara hazırlıq və qabaqlayıcı tədbirlər, auditin aparılması zamanı diqqət edilən nüanslar haqqında geniş məlumat verilmişdir.