3 avqust tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) əməkdaşlarına Türk Standartlar İnstitutunun (TSE) Azərbaycan təmsilçisi tərəfindən ISO 10002:2018 “Keyfiyyəti idarəetmə. Müştəri məmnuniyyəti. Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” beynəlxalq standartı üzrə təlim keçirilmişdir.
Təlim zamanı beynəlxalq standartın tələbləri, müştəri məmnunluğunun təmin edilməsi məqsədilə daxil olan şikayətlərin baxılması və idarə edilməsi, təşkilat, istehlakçılar və maraqlı təşkilatlar arasında qarşılıqlı əlaqələrin yaxşılasdırıması üzrə prosedurlar haqqında məlumat verilmişdir.