ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsi tərəfindən İSO 9001:2015, İSO 45001:2018 , İSO 14001:2015, İSO/İEC 27001:2013 standartları əsasında təlim keçirilmişdir
15 İyul, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsi tərəfindən 21-25 fevral tarixlərində “Azərbaycan standartlaşdırma İnstitutu” PHŞ-nin, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin, “Ləcheq farm and ditillery” MMC-nin, “Əmir texniki xidmətlər” MMC-nin əməkdaşlarına və bir fiziki şəxsə İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartı əsasında, 14-18 mart tarixlərində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarına və bir fiziki şəxsə İSO 45001:2018 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” standartı əsasında, 11-15 aprel tarixlərində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin,  “Azpetrol Ltd” MMC-nin və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarına İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı əsasında, 18-22 aprel tarixlərində Dövlət Sosial Müdafiə Fondunun, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarına İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi. Tələblər” standartı əsasında, 16-20 may tarixlərində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin, “Best Solution” MMC-nin və Dövlət Vergi Xidmətinin əməkdaşlarına “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə işçi qrupunun 2022-ci il üçün Fəaliyyət planının 3.3.3. bəndi ilə (İSO 14001 ətraf mühit sertifikatı) verilən ölkədə fəaliyyət göstərən sahibkarlar, idarə, təşkilat və müəssisələrin İSO 14001 “Ətraf mühiti idarəetmə sisteminə olan tələblər” sertifikatının mahiyyəti barədə məlumatlandırılması, həmçinin korporativ ekoloji, sosial məsuliyyət yaradılması, resursa qənaət və təmiz texnologiyalardan istifadə edilməsi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsinə dair tapşırığın yerinə yetirilməsi məqsədilə 07 iyun tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşlarına təlim keçirilmişdir.

Beynəlxalq standartlar əsasında təlimlərin keçirilməsi və onun idarəetmə sisteminə tətbiqi müəssisə və təşkilatın rəqabət qabiliyyətinin artmasına, mütəxəssislərinin peşəkarlığına və səriştəliliyinə, məhsulun yaradılması, xidmətin göstərilməsi və istehsalın genişləndirilməsi üçün səmərəli təsirli alət rolunu oynaya bilir. Eyni zamanda Keyfiyyəti idarəetmə istehsalın və xidmətin sistemli idarə edilməsində aparıcı və prioritet rolu təmin edir.

 

Tarix:

15 İyul, 2022