ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın laboratoriyaları AzAK tərəfindən akkreditasiya olunub.
5 İyun, 2024

      Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) laboratoriyaları akkreditasiya olunub.

AZSTAND-ın “Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası” AZ 01.0020.01.24 nömrəli atestatla, “Yeyinti və Kənd Təsərrüfatı Məhsullarının sınaq Laboratoriyası” AZ 01.0009.01.24 nömrəli attestatla, “Səyyar asfalt-beton sınaq laboratoriyası” AZ 01.0008.01.24  nömrəli attestatla sınaq fəaliyyətinin həyata  keçirilməsi üçün AZS ISO/lEC 17025:2020 “Sınaq və Kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartına uyğun akkreditasiya olunublar.

Qeyd edilən sınaq laboratoriyalarında fəaliyyət sahəsinə uyğun olan, Avropa standartlarına cavab  verən, qabaqcıl ölkələrdə istehsal olunan müasir tipli avadanlıq və cihazlardan, beynəlxalq və yerli metodlardan istifadə etməklə keyfiyyət göstəricilərinin təyin edilməsi, təqdim olunan məhsulun fiziki-mexaniki və fiziki-kimyəvi sınaqlarını apararaq, sınaq protokolları ilə rəsmiləşdirməsi mümkündür.

 AZSTAND sözügedən attestatlarda qeyd olunan akkreditasiya sahələri əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

 

Tarix:

5 İyun, 2024