Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Standartları İnstitutunun (TSE) Ankara şəhərində yerləşən sınaq və kalibrlənmə laboratoriyalarının fəaliyyəti ilə tanış olub.
Tədbirdə TSE-nin qida, kimya, elektrotexnika, tekstil, tikinti, enerji və kalibrlənmə laboratoriyaları, laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar, kimya, tekstil və sənaye laboratoriyalarında da beynəlxalq standartlar üzrə həyata keçirilən müasir sınaq metodları barədə ətraflı məlumat verilib.
Səfər zamanı nümayəndə heyəti, həmçinin TSE-nin Uyğunluğun Qiymətləndirilməsi Departamentində də görüş keçirib. Görüşdə sertifikatlaşdırma məqsədi ilə aparılan sınaqlar, o cümlədən halal sertifikatlaşdırma ilə bağlı sınaqlar barədə fikir mübadiləsi aparılıb.