Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Beynəlxalq Elektrotexnika Komissiyasının (International Electrotechnical Commision, IEC) Cenevrə şəhərində yerləşən ofisində keçirilən görüşdə iştirak edib.
Görüşdə IEC-ə üvlük prosedurları, Milli Elektrotexniki Komitənin (NEC) strukturu və yaradılma təcrübəsi, IEC-in standartlaşdırma üzrə texniki komitələrində iştirak, IEC standartlarının dövlət standartları kimi qəbul edilmə prosedurları, mentorluq proqramları müzakirə edilib.
IEC prezidenti Jo Cops və IEC-ə qoşulmuş ölkələr və üzvlük proqramları üzrə rəhbər Aristea Kyriakati AZSTAND-ın IEC-in fəaliyyətinə töhvə verdiyini qeyd ediblər.