Azərbaycan Standartlaşdırma İnstitutunun(AZSTAND) nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) DEVCO (İnkişaf etməkdə olan ölkələr üzrə Komitə) Sədrinin Məsləhət Qrupunun (CAG) Cenevrə şəhərində keçilən iclasında iştirak edib.
İclasda DEVCO-nun rəsmiləri, ISO-nun Mərkəzi Katibliyi, İnkişaf etmiş ölkələr, Mərkəzi Asiya və Şərqi Avropa , Karib, Ərəb, Şərqi və Cənubi Afrika, Cənubi və Mərkəzi Amerika regionları üzrə üzvlər iştirak edib.
DEVCO Sədrinin Məsləhət Qrupunun (CAG) rolu inkişaf etməkdə olan ölkələr üçün Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqində DEVCO-ya köməklik göstərməkdir.
Qeyd edək ki, AZSTAND ISO/DEVCO CAG-ın Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə üzvüdür. CAG -ümumilikdə on üzvdən ibarət məsləhət qrupudur. DEVCO CAG-ın ildə iki dəfə iclası keçirilir.