Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi, “Nəqliyyat və Nəqliyyat infrastrukturu” standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND TK/43) sədri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Yol nəqliyyatı” standartlaşdırması üzrə Texniki Komitəsinin (ISO/TC 22) İtaliyanın Turin şəhərində keçirilən iclasında iştirak edib.
İtaliya Standartlar Qurumunun (UNI – Italian Standards Body) təşkilatçılığı ilə 9-11 aprel tarixlərində baş tutan iclasda AZSTAND-ın nümayəndəsi ilə yanaşı, Fransa Standartlaşdırma Assosiasiyası (AFNOR), Almaniya Standartlar İnstitutu (DİN), Yaponiya Sənaye Standartları Komitəsi (JISC), İordaniya Standartları və Metrologiya Təşkilatı (JSMO), Koreya Texnologiya və Standartlar Agentliyi (KATS), Çin Standartlaşdırma İdarəsi (SAC), Fin Standartları Assosiasiyası (SFS), İsrail Standartlar İnstitutu (SII) İsveç Standartlar İnstitutu (SIS), Amerika Milli Standartlar İnstitutu (ANSI), Britaniya Standartlar İnstitutu (BSI) və digər ölkələrdən standartlaşdırma üzrə qurumların nümayəndələri iştirak edib.
Qeyd edək ki, AZSTAND-ın nümayəndəsi sözügedən Texniki Komitənin (ISO/TC 22) iclasında ISO-nun sponsorluq proqramı (ISO sponsorship programme) çərçivəsində iştirak edib.