ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın nümayəndəsi ISO-nun Süni İntellekt Texniki komitəsinin (TK42) keçirilən iclasında iştirak edib.
2 May, 2024

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sponsonsurluq proqramı çərçivəsində (ISO Sponsorship program) ISO/IEC JTC 1/SC 42 Süni intellekt ("Artificial intelligence") standartlaşdırması üzrə Texniki Komitəsinin(TK42) Cənubi Koreya Respublikasının Seul şəhərində keçirilən iclasında iştirak edib.

22-26 aprel tarixlərində Koreya Texnologiya və Standartlar Agentliyinin (KATS) sədrliyi ilə keçirilən plenar iclasda Almaniya, Avstriya, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Çin, Çexiya, İspaniya, İtaliya, İrlandiya, İsveçrə, Hindistan, Fransa, Kanada, Lüksemburq, Mərakeş, Portuqaliya, Polşa, Sinqapur, Uqanda, Türkiyə, Yaponiya və digər ölkələrin Standartlaşdırma Qurumlarının, həmçinin ISO-nun, Elektrik və Elektronika Mühəndisləri Standartları Assosiasiyası (IEEE)  nümayəndələri ilə yanaşı, bu ölkələrdə süni intellekt sistemlərinin tətbiq olunduğu müvafiq sahələrdə çalışan mütəxəssislər qatılıb.

Tədbir zamanı sözügedən komitənin hazırladığı beynəlxalq standart layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin müzakirəsi, o cümlədən layihələr üzrə səsvermə həyata keçirilib. Bundan əlavə, komitə çərçivəsində süni intellekt sahəsində yeni işçi qruplarının təşkil olunması məqsədilə nümayəndələr seçilib.

İclasda İşçi qrup 1 "Əsasverici Standartlar"(WG1“Foundatinal Standards”), İşçi qrup 2 "Data"(WG2 “Data”) və  İşçi qrup 5 "Hesablama yönümlü yanaşma və  Suni İntellekt sistemlərinin hesablama xarakteristikası"(WG 5 “Computational approaches and computational characteristics of AI systems”)   işçi qruplarında təklif olunan yeni standart layihələri qəbul edilib. AZSTAND-ın nümayəndəsi müvafiq işçi qruplarda nəzərdə tutulan standartlar üzrə təyin edilən ekspertlər siyahısına daxil edilib.

Qeyd edək ki, “Süni intellekt” standartlaşdırması üzrə Beynəlxalq Texniki Komitə (ISO/IEC JTC 1/SC 42) 2017-ci ildə ISO tərəfindən süni intellekt sistemlərinin standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb.

Ümumilikdə komitə tərəfindən 27 beynəlxalq standart, 33 standart layihəsi hazırlanıb  və hazırda 9 spesifik və 6 birləşmiş işçi qruplar fəaliyyət göstərir.

 

 

 

Tarix:

2 May, 2024