Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Türkiyənin İstanbul şəhərində səfərdə olub. Nümayəndə Türkiyə Standartlar İnstitutu (TSE) tərəfindən 14 oktyabr - Ümumdünya Standartlar Günü münasibətilə keçirilən “Gənc Mütəxəssislərin Standartlaşdırmada rolu” adlı beynəlxalq tədbirdə iştirak edib.
Tədbirin keçirilməsində məqsəd gənc mütəxəssisləri standartlaşdırmanın rolu barədə məlumatlandırmaq, beynəlxalq standartlaşdırma təşkilatlarının işinə cəlb etməyə, o cümlədən standartlaşdırma üzrə işlərdə fəal iştirak etməyə təşviq etmək olub.
Tədbirdə AZSTAND-la yanaşı, müxtəlif ölkələrin milli standartlaşdırma qurumlarının nümayəndələri də iştirak edib.