2021-ci il 14 iyul tarixində video konfrans formatında MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (DŞ) 59-cu iclası keçirilmişdir. Tədbirdə MDB-nin 9 üzv dövlətlərinin standartlaşdırma, metrologiya və akkreditasiya üzrə milli qurumlarının rəhbərləri, MDB-nin İcraiyyə komitəsinin və Beynəlxalq standartlaşdırma təşkilatının nümayəndələri iştirak etmişdir. İclasda DŞ-nın keçmiş dövr ərzində həyata keçirilmiş fəaliyyəti haqqında məlumat verilmiş və eyni zamanda hesabat dövrü ərzində standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələri üzrə aparılmış işlər müzakirə olunmuşdur.