Cari ilin 22-24 sentyabr tarixlərində London şəhərində “The future has begun” şuarı altında Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) Baş Assambleyası keçirilmişdir. Tədbirdə hesabat dövrü ərzində görülən işlər, gələcəkdə beynəlxalq standartlaşdırma sahəsində aparılacaq işlər və digər məsələlər barədə ətraflı müzakirələr aparılmışdır. Eyni zamanda İSO-nun yeni vitse – prezidentlərinin və İSO Şurasına yeni üzvlərin seçkiləri keçirilmişdir.
Video konfrans formatında keçirilmiş tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbərliyi və əməkdaşları iştirak etmişdilər.