“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) Təlim-tədris mərkəzi tərəfindən 11-15 aprel tarixlərində "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsın, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, “Azpetrol Ltd” MMC-nin və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarına İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı əsasında, 18-22 aprel tarixlərində isə Dövlət Sosial Müdafiə Fondunun, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarına İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi. Tələblər” standartı əsasında təlim keçirilmişdir.
Beynəlxalq standartlar əsasında təlimlərin keçirilməsi və onun idarəetmə sisteminə tətbiqi müəssisə və təşkilatın rəqabət qabiliyyətinin artmasına, mütəxəssislərinin peşəkarlığına və səriştəliliyinə, məhsulun yaradılması, xidmətin göstərilməsi və istehsalın genişləndirilməsi üçün səmərəli təsirli alət rolunu oynaya bilir. Eyni zamanda Keyfiyyəti idarəetmə istehsalın və xidmətin sistemli idarə edilməsində aparıcı və prioritet rolu təmin edir.