ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə beynəlxalq standart əsasında növbəti daxili auditor təlimləri keçiriləcək
3 Sentyabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) ISO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak edən təşkilatlara olan tələblər” beynəlxalq standartı mövzsusunda daxili auditor təlimləri elan edir.

Təlimlər 2025-ci ilin 29 sentyabr – 2 oktyabr tarixlərində Türk Standartları İnstitutunun (TSE) təcrübəli əməkdaşı Mehrap Sezer tərəfindən keçiriləcək.

Sözügedən təlimlər müvafiq sahədə risklərin qiymətləndirilməsi, təhlükəsizliyin qorunması gigiyena normalarına riayət olunması və istehsal proseslərinin izlənilməsi kimi qaydaları əhatə edir.

Təlimlərin məqsədi müəssisələrdə  qanunvericilik və normativ sənədlərin tələblərinə uyğun olaraq qida təhlükəsizliyini təmin etmək, bu sahədə riskləri effektiv yönləndirmək və idarəetmə sistemini təkmilləşdirmək, eyni zamanda maraqlı tərəflərin təşkilata olan inam və etibarını artırmaqdır.

Sonda imtahandan uğurla keçən şəxslərə müvəffəqiyyət, digər şəxslərə isə iştirakçı sertifikatları təqdim olunacaq.

Qeydiyyat üçün əlaqələndirici şəxs:

Züriyyə Haqverdiyeva - İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri

(+994 12) 514 96 03 (dax tel: 115)

mob: (+994 55) 201 18 60

E-mail: z.hagverdiyeva@azstand.gov.az

 

 

                                        

Tarix:

3 Sentyabr, 2025