ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə ISO 22301:2019 beynəlxalq standartı üzrə təlim keçirilib
19 Yanvar, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 22301:2019 "Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri" beynəlxalq standartı əsasında daxili auditor təlimi keçirilib.

Türk Standartları İnstitutunun (TSE) peşəkar təlimçisi Arzu Gülhan Yüzereroğlu tərəfindən keçirilən təlimdə AZSTAND-la yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Beynəlxalq Bankının ümumilikdə 30 nümayəndəsi iştirak edib.

Təlimin əsas məqsədi təşkilatlarda potensial risklərə hazırlıq səviyyəsini artırmaq və fövqəladə hallara qarşı dayanıqlılığı gücləndirməkdən ibarətdir. Həmçinin ISO 22301 standartının tələblərinə uyğun idarəetmə sisteminin qurulması və sertifikasiya auditlərinə effektiv şəkildə hazırlaşmaq üçün iştirakçıların bilik və bacarıqlarının artırılmasıdır.

Beynəlxalq standartların tələbləri əsasında hazırlanmış təlim proqramı çərçivəsində iştirakçılara davamlılığın idarə edilməsi sisteminin əsas prinsipləri, risklərin müəyyənləşdirilməsi və idarə olunması, kritik biznes proseslərinin fasiləsizliyinin təmin edilməsi, uyğunsuzluqların vaxtında aşkar edilməsi, eləcə də daxili audit prosesinin təşkili barədə ətraflı məlumat verilib. 

 

Tarix:

19 Yanvar, 2026