ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə ISO 22301:2019 - "Biznesin Davamlılığının İdarəedilməsi Sistemi” standartı əsasında təlim keçiriləcək
19 Dekabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 22301:2019 - "Biznesin Davamlılığının İdarəedilməsi Sistemi" standartı əsasında daxili auditor təlimi keçiriləcək.

Təlim 2025-ci ilin 24-26 dekabr tarixlərində Türk Standartları İnstitutunun (TSE) təlimçisi tərəfindən online formatda (Zoom) həyata keçiriləcək.

Bu təlimin məqsədi iştirakçılara standartın prinsiplərini və biznesin davamlılığının idarə edilməsinin əhəmiyyətini öyrətməkdir. Eyni zamanda təlim  təşkilatın risklərə hazırlıq səviyyəsini artırır, biznes proseslərinin fasiləsizliyini təmin edir, uyğunsuzluqların vaxtında aşkar edilməsinə kömək edir və sertifikasiya auditlərinə daha effektiv hazırlaşmağa imkan yaradır.

Sonda təlimdə iştirak edən şəxslərə “Daxili auditor” sertifikatları təqdim olunacaq.

Qeydiyyat üçün əlaqəli şəxs:

İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,

Tel:  (+994 12) 514 96 03 (dax: 115)

mob: (+994 55) 201 18 60

E-mail: z.hagverdiyeva@azstand.gov.az

 

Tarix:

19 Dekabr, 2025