ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə ISO 50001:2018 “Enerji menecment sistemləri – Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” mövzusunda təlim keçirilib
16 Yanvar, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 50001:2018 "Enerji menecment sistemləri-Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər" beynəlxalq standartı əsasında baş auditor təlimi keçirilib.

Azərbaycan Respublikasının Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “PMD Projects” MMC, “Baku Bus” MMC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, “Protean Construction” MMC və AZSTAND əməkdaşlarının qatıldığı təlimdə ümumilikdə 22 nəfər iştirak edib.

Beynəlxalq təcrübəyə malik təlimçi, Türkiyənin “Esenek” Tədris Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən keçirilən təlimin əsas məqsədi ISO 50001 standartının tətbiqi vasitəsilə təşkilatlarda enerji resurslarından səmərəli istifadəni təmin etmək, enerji xərclərini azaltmaq, enerji performansına təsir edən prosesləri sistemli şəkildə idarə etmək, eləcə də enerji qənaətinə yönəlmiş məhsul və xidmətlərin satın alınmasını dəstəkləməkdən ibarətdir.

Təlim proqramı enerji menecment sistemlərinin qurulması, enerji performansının və enerji effektivliyinin artırılması, enerjidən istifadə və enerji istehlakının davamlı şəkildə yaxşılaşdırılması, enerji hədəflərinin müəyyənləşdirilməsi və onlara nail olunması istiqamətində mövzuları əhatə edib.

Təlimin sonunda təşkil olunan imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara “Baş auditor” sertifikatı təqdim edilib.

 

Tarix:

16 Yanvar, 2026