ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə “Risklərin idarə olunması. Rəhbəredici göstərişlər” mövzusunda təlim keçiriləcək
11 Sentyabr, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə AZS ISO 31000:2022 Risklərin idarə olunması. Rəhbəredici göstərişlərmövzusunda təlim keçiriləcək.

Təlim 2025-ci il, 16-17 oktyabr tarixlərində AZSTAND-ın beynəlxalq təcrübəyə malik əməkdaşı Saday Əliyev tərəfindən AZSTAND-ın inzibati binasında təşkil olunacaq.

AZS ISO 31000:2022 Risklərin idarə olunması. Rəhbəredici göstərişlər” standartı müəssisələrə itkiləri azaltmaq və davamlı inkişafı təmin etmək imkanı yaradır.

Sözügedən standartın tətbiqi nəticəsində təşkilatlar daha etibarlı qərarlar qəbul edir, etimad qazanır və rəqabət mühitində üstün mövqe əldə edirlər.

Təlimin məqsədi - risklərin düzgün idarə edilməsidir. Bu təlim, müasir idarəetmə sistemində sabitlik və rəqabət üstünlüyü qazanmaq istəyən bütün təşkilatlar üçün mühüm bir fürsətdir.

 Təlimdə iştirakçılar risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması ilə bağlı ən son beynəlxalq yanaşmalarla tanış olacaqlar.

Təlimin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.

Qeydiyyat üçün əlaqələndirici şəxs:

Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva

(+994 12) 514 96 03 (dax tel: 115);

mob: +994 55 201-18-60
E-mail: office@azstand.gov.az   
z.hagverdiyeva@azstand.gov.az

 

Tarix:

11 Sentyabr, 2025