ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə “Uyğunluğun qiymətləndirilməsi — Bacarıq sınağı üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçiriləcək
18 Noyabr, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi — Bacarıq sınağı üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” təlimi keçiriləcək.

Təlim 2025-ci ilin 8-10 dekabr tarixlərində Esenek eğitim mərkəzinin rəhbəri, beynəlxalq təcrübəyə malik təlimçi Halil Çelik tərəfindən keçiriləcək.

Təlimin məqsədi iştirakçıların ISO/IEC 17043 standartı üzrə bilik və bacarıqlarını artırmaq, laboratoriyalarda sınaqlar arası müqayisə proseslərini daha effektiv və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirmələrinə dəstək verməkdir.

ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi — Bacarıq sınağı üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” təlimi  beynəlxalq standartın maddələrinin şərhi, nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi, işlənməsi və zəruri təcrübələrin əldə edilməsini təmin etmək imkanı yaradır.

Əyani formatda keçiriləcək təlimin sonunda mövzu üzrə imtahan təşkil ediləcək, imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara  sertifikat təqdim ediləcək.

Qeydiyyat üçün əlaqəli şəxs:

İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,

Tel:  (+994 12) 514 96 03 (dax: 115)

mob: (+994 55) 201 18 60

E-mail: z.hagverdiyeva@azstand.gov.az.

 

 

 

Tarix:

18 Noyabr, 2025