10-11 mart tarixlərində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Türk Standartlar İnstitutu (TSE) arasındakı Anlaşma Memorandumu çərçivəsində online formatda ISO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” beynəlxalq standartı üzrə təlim keçirilmişdir.
AZSTAND-ın Uyğunluğun Qiymətləndirilməsi departamentinin məhsul, iş və xidmətlərin sertifikatlaşdırılması üzrə regional bölmələrin, həmçinin keyfiyyət idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə struktur bölmələrin rəhbərləri, mütəxəssisləri və ekspert-auditorları təlimdə iştirak etmişdirlər.
Təlimdə ISO/IEC 17065 beynəlxalq standartının tələblərinə əsasən məhsulların, proseslərin və ya xidmətlərin sertifikatlaşdırılmasının ümumi məqsədiləri və TSE-nin sertifikatlaşdırma prosesində tətbiq etdiyi beynəlxalq təcrübə haqqında geniş məlumat verilmişdir.
Sertifikatlaşdırma bütün maraqlı tərəflərə məhsulun, prosesin və ya xidmətin göstərilən tələblərə cavab verdiyinə əmin yaradan bir vasitədir. Sertifikatlaşdırmanın rolu üçüncü tərəfdən göstərilən tələblərin yerinə yetirilməsinin qərəzsiz və səlahiyyətli nümayişi ilə qurulan inam və etibar dərəcəsidir.
Məhsulların, proseslərin və ya xidmətlərin sertifikatlaşdırılması onların standartlarda və digər normativ sənədlərdə göstərilən tələblərə uyğunluğuna zəmanət verir. ISO/IEC 17065 beynəlxalq standartı sertifikatlaşdırma orqanlarının sertifikatlaşdırma sxemlərini səlahiyyətli, ardıcıl və qərəzsiz şəkildə həyata keçirməsini təmin edən tələbləri dəqiq təyin edir, belə ki, bu qurumun tanınmasına və sertifikatlaşdırılmış məhsulların, proseslərin və xidmətlərin milli və beynəlxalq əsasda təsdiqlənməsinə zəmanət verir və bununla beynəlxalq ticarətə imkan yaradır.