Azərbaycan Standartlaşdırma İnstitutunun İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” inspeksiya nəzarəti keçib və ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartları üzrə Türkiyə Akkreditasiya Agentliyi (TürkAK) tərəfindən akkreditasiya olunub.
AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı akkreditasiya istiqamətində rəqabətə davamlı fəaliyyətini təkmilləşdirmək və akkreditasiya sahəsini genişləndirmək məqsədilə TürkAK-a müraciət edib və 18-19 sentyabr 2023-cü il tarixlərində keçirilmiş auditin sonunda uğurlu nəticələr əldə edib.
Belə ki, ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” standartı üzrə TürkAK tərəfindən inspeksiya nəzarəti keçirilmiş və ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı üzrə sertifikatlaşdırma səlahiyyətini almaq üçün İSO 17021-1:2015 “Uyğunluğun qiymətləndirilməsi, idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini keçirən Orqanlara tələblər” standartının tələblərinə uyğun akkreditasiya sahəsini genişləndirib.