ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndə heyəti Avropada beynəlxalq tədbirdə iştirak edib
24 İyun, 2023

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Avropa Standartlaşdırma Təşkilatının (CEN) Baş Assambleyasının 59-cu iclası və Avropa Elektrotexniki Standartlaşdırma Komitəsinin (CENELEC) Baş Assambleyasının 65-ci iclasında (15-ci ümumi sessiyada) iştirak edib.  21-22 İyun tarixlərində keçirilən CEN və CENELEC-in illik iclası Serbiyanın paytaxtı Belqrad şəhərində Serbiya Standartlaşdırma İnstitutu (ISS) tərəfindən təşkil edilib.
 
İllik iclasda CEN və CENELEC-in üzvü olan  34 milli standartlaşdırma qurumunun, Avropa və Beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri iştirak ediblər.   
 
İclas çərçivəsində Azərbaycanda texniki tənzimləmə sisteminin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi, Aİ-yə üzv ölkələrlə qarşılıqlı əməkdaşlıq və dəstəyin təmin edilməsi və ikitərəfli əməkdaşlığı inkişaf etdirilməsi üçün Serbiya Standartlaşdırma İnstitutu (ISS), Çexiya Standartlar, Metrologiya və Sınaq Ofisi (UNMZ), Latviya Standartlaşdırma Qurumu (LVS),  Türk Standartları İnstitutu (TSE), Kazaxıstan Texniki Tənzimləmə və Metrologiya İnstitutu, Sinqapur Standartlar Şurası (Enterprise Singapore),  İsrail Standartlar İnstitutu (SII) və digər standarlaşdırma qurumları ilə görüşlər keçirilib və müvafiq müzakirələr aparılıb.
 

Tarix:

24 İyun, 2023