ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndə heyəti İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Baş Assambleyasının iclasında iştirak edib.
4 Noyabr, 2023

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Baş Assambleyasının 18-ci iclasında iştirak edib. SMIIC -in Baş Assambleyasının illik iclası Səudiyyə Ərəbistanının Məkkə şəhərində Səudiyyə Ərəbistanı Krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət qurumu (SASO) tərəfindən təşkil edilib.

Baş Assambleyanın iclasında 44 milli standartlaşdırma qurumu iştirakçı, 3 milli standartlaşdırma qurumu isə müşahidəçi qismində iştirak edib. Avropa və beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri də müvafiq iclasa qatılıblar.  

Texniki fəaliyyətlər çərçivəsində standartlaşdırmanın idarəedilməsi, metrologiya və akkreditasiya şuralarının sədrlər tərəfindən təqdim edilmiş fəaliyyət hesabatları müzakirə edilib. Həmçinin yeni təlimlərin keçirilməsi, texniki komitələrin fəaliyyətləri və süni intellektin standartlaşdırma sahəsinə tətbiq edilməsi ilə bağlı fikri mübadiləsi aparılıb, atılacaq addımlar qeyd edilib. Tədbirdə SMIIC-in Baş Assambleyasının gələn il Türkiyənin İstanbul şəhərində keçirilməsinə dair qərar qəbul edilib. 

 

 

Tarix:

4 Noyabr, 2023